6 C
Baku
Sunday, December 15, 2024

Prezident “Azərbaycan” İES-də əsaslı təmir-quraşdırma işlərinə 48 mln manat ayırdı

Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması, infrastrukturunun təkmilləşdirilməsi, “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərenerji” ASC-nin nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Son xəbərlər
Digər xəbərlər