3 C
Baku
Saturday, December 14, 2024

Ukraynada təbii qazın qiyməti 23,5% qalxıb

Ukraynada noyabrın 1-dən sakinlər üçün təbii qazın qiyməti 23,5% artırılaraq min kubmetr üçün 8550 qrivenə (305 dollar) bərabər olub.

Banker.az Reporta istinadla xəbər verir ki, hökumət bu qərarı Ukraynanın əsas kreditorunun – Beynəlxalq Valyuta Fondunun (BVF) tələbi ilə qəbul edib.

“Danışıqlara tariflərin mövcud qiymətin 60% artırılması təklifi ilə başlamışdıq. Lakin danışıqlar və kompromislər nəticəsində fərqli yanaşma tapdıq və noyabrın 1-dən etibarən qiymətlər 60% yox, yalnız 23,5% artacaq”, – Ukraynanın Baş naziri Vladimir Qroysman dünən bildirib.

Ukraynanın sosial siyasət naziri Andrey Revanın proqnozlarına görə, qazın qiymətinin qaldırılması istilik və isti su tariflərinin də artmasına səbəb olacaq.

Son xəbərlər
Digər xəbərlər