10 C
Baku
Thursday, December 12, 2024

Nikol Paşinyan yenidən seçilmədii

Yerevanda Ermənistan Milli Məclisinin baş nazirin seçilməsi ilə bağlı növbəti xüsusi iclası başa çatıb.

Banker.az bildirir ki, bununla bağlı erməni KİV məlumat yayıb.

İclasın yekunlarına görə, gözlənildiyi kimi baş nazir seçilməyib.

Ermənistan parlamentinin spikeri Ara Babloyan bu məsələyə zarafatla yanaşıb və deputatları təbrik edib.

İclasda baş nazir postuna yeganə namizəd Nikol Paşinyanın xeyrinə heç kim səs verməyib, onun əleyhinə bir nəfər çıxıb, 11 deputat isə bitərəf qalıb.

Baş nazirin seçilməsi üçün 53 səs lazım idi.

Qeyd edək ki, Paşinyan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar oktyabrın 16-da istefa verib. Ermənistan Milli Məclisinin baş nazirin seçilməsi ilə bağlı ilk iclası bir həftə öncə baş tutmuşdu.

oxu.az

Son xəbərlər
Digər xəbərlər