3 C
Baku
Saturday, December 14, 2024

“Gələn il orta aylıq əmək pensiyası 241 manat olacaq” – Nazir

Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcə gəlirləri 3 milyard 928 milyon manat məbləğində proqnozlaşdırılır.

Bunu Milli Məclisdə Azərbaycanın 2019-cu il büdcəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Banker.az bunu Azvison-a istinadla xəbər verir.

Nazir bildirib ki, bu vəsaitin 97 faizi əhaliyə yönəldiləcək: “Nəticədə ödəniləcək əmək pensiyalarının məcburi dövlət sığorta haqları hesabına sosial müavinətlərin məbləği artacaq. Proqnoza əsasən, gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək. Yaşa görə əmək pensiyasının orta aylıq məbləği 272 manata çatacaq. Bu isə həyata keçirilən siyasətin əsas məqsədidir”.

S.Babayev qeyd edib ki, İşsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır.

“Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq. Xərclərin də strukturunda önəmli istiqamət özünəməşğulluq tədbirlərinə yönəldilib. Bu, həyata keçirilən genişmiqyaslı proqramdır və cari ildə 7 min ailəyədək əhalini əhatə edib. Bu da Azərbaycanda kiçik ailə təsərrüfatının yaradılmasına stimul verəcək. Gələn ilin büdcəsində 50 faiz artım məhz özünəməşğulluq tədbirlərinə yönəldilib. 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir. Ümumilikdə, sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfər əhatə etməsi gözlənilir. Gələn il pensiya alanlar təxminən 1 milyon 294 min nəfər olaraq, sosial müavinət və təqaüd alan 571 min nəfər olaraq proqnozlaşdırılır. Ümumilikdə ölkə əhalisinin 21 faizi sosial təminat vasitəsilə əhatə olunacaq”.

Son xəbərlər
Digər xəbərlər