2 C
Baku
Saturday, December 14, 2024

Si Tszinpin: “Çin idxalı artıracaq və rüsumları azaldacaq”

“Çin idxalı artırmağa, gömrük prosedurlarını sadələşdirməyə və rüsumları azaltmağa davam edəcək”.

Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə Çinin dövlət başçısı Si Tszinpin Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılış mərasimində bildirib.

Onun sözlərinə görə, Çinin idxalı artırmaq qərarı dünyanın birləşdirilməsinə və hərtərəfli inkişafa nail olmağa yönəlib.

“Gömrük rüsumlarını azaltmaq, gömrük prosedurlarını sadələşdirmək, idxal xərclərini azaltmaq, ticarətin yeni forma və modellərinin, o cümlədən transsərhəd internet ticarətin inkişafını sürətləndirmək niyyətindəyik”, – Si Tszinpin vurğulayıb.

Qeyd edək ki, Birinci Çin Beynəlxalq İdxal Sərgisi noyabrın 5-də Şanxayda açılıb və ayın 10-dək davam edəcək. Sərgidə dünyanın 130 ölkəsindən və regionundan olan 2,8 mindən çox şirkət iştirak edir.

Son xəbərlər
Digər xəbərlər