10 C
Baku
Friday, December 13, 2024

İran SWIFT-ə alternativ tapıb

İranın Mərkəzi Bankı beynəlxalq banklararası SWIFT sisteminin əvəzinə alternativ sistemlər təqdim edib. Banker.az bildirir ki, bu barədə İran İslam Respublikasının Mərkəzi Bankının rəhbəri Abdolmazer Hemmati bildirib.

«Bankların ehtiyatları və xarici valyuta xərclərinin dəqiq tənzimlənməsi üçün zəruri tədbirlər görülmüşdür və ölkənin valyuta ehtiyatları istənilən səviyyəyə yüksəldilmişdir. Bununla yanaşı, SWIFT xidmətlərinin dayandırılma ehtimalı nəzərə alınmaqla Mərkəzi Bank ticarət tərəfdaşları ilə banklararası qarşılıqlı münasibətlərə alternativ sistemlər təqdim etmişdir», – Hemmati deyib.

Onun sözlərinə görə, hazırda İran ticarət tərəfdaşları ilə gələcək əməkdaşlıq tədbirləri barədə danışıqlar aparır.

tuman rial iran
İranda vətəndaş dollar təklifi

«Hazırda elan edilmiş sanksiyalar Mərkəzi Bank tərəfindən artıq əvvəlcədən proqnozlaşdırılmışdı, beləliklə, bu iş üçün, hətta bu sanksiyalardan kənara çıxan şeylər üçün də müxtəlif tədbirlər planlaşdırılır» -Hemmati əlavə edib.

Qeyd edək ki, SWIFT şirkəti bəzi İran banklarının məlumat mübadiləsi sisteminə çıxışının dayandırılması barədə məlumat verib.

Son xəbərlər
Digər xəbərlər