İlham Əliyev Rumınyaya yeni səfir təyin etdi

Prezident İlham Əliyev Hüseyn Nizami oğlu Nəcəfovun Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Banker.az-ın məlumatına görə, dövlət başçısının digər sərəncamı ilə Fərid Şamil oğlu Abdinbəyov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu ildə, Hüseyn Nəcəfovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilmişdi və 2015-ci ildə geri çağrılmışdı.

Son xəbərlər
Digər xəbərlər