Cari ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması qərarı verilib.
Banker.az oxu.az-a istinadla xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin komitələrinin birgə iclasında deyib.
O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur ki, bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb.
Nazir qeyd edib ki, eyni zamanda, pensiya təminatı sahəsində əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayrılması nəzərdə tutulub.