Tramp: Nikolas Maduroya qarşı yeni ittihamlar irəli sürülə bilər

ABŞ-da Venesuela prezidenti Nikolas Maduroya qarşı yeni ittihamlar irəli sürülə bilər.

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib.

“Onlar çox ağır cinayətlər törətməkdə ittiham olunurlar”, – deyə Tramp Maduro və onun həyat yoldaşı Seliya Floresi nəzərdə tutaraq bildirib. O əlavə edib ki, Maduro və həyat yoldaşına ABŞ-a məhbusların göndərilməsi məqsədilə Venesuela həbsxanalarını boşaltmaları ilə bağlı hələlik ittiham irəli sürülməyib, lakin gələcəkdə bu məsələ üzrə də ittiham oluna bilərlər.

Ağ Ev rəhbəri daha əvvəl dəfələrlə Venesuela hakimiyyətini ölkədən ABŞ-a qanunsuz miqrasiyaya şərait yaratmaqda ittiham edib.

Tramp mart ayında da Maduro ilə bağlı “qarşıda başqa məhkəmə proseslərinin də olduğunu” və onun barəsində “digər işlərin də açılacağını” bildirib.

ABŞ lideri yanvarın 3-də Venesuelada genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyat zamanı Bolivar Respublikasının prezidenti Nikolas Maduro və həyat yoldaşı ələ keçirilərək ABŞ-a aparılıblar.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər