Yapı Kredi Bank Azərbaycan müştərilərinin rahatlığını düşünərək yeni bir kampaniyaya start verib. Bankın filiallarına gedərək zaman itirməmək üçün, yapikredi.com.az saytından kredit müraciəti edənlərə 3% endirim təklif edir. Bu kampaniya çərçivəsində müştərilər 100,000 manata kimi, 36 ay müddətində manatla istehlak krediti əldə edə bilərlər. Kredit sifarişi etmək üçün bu linkə daxil olmaq kifayətdir. Müraciət etdikdən sonra, bankın əməkdaşları əlaqə saxlayacaq və lazımi bütün köməklikləri həyata keçirəcəkdir.
Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.