Azərbaycan ilə Türkiyə arasındakı xarici ticarət əlaqələri cari ilin 9 ayı ərzində 4 mlrd. 204.12 mln. dollar təşkil edib.
Banker.az-ın rəsmi rəqəmlərə istinadən məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-sentyabr ayları ərzində Azərbaycanda Türkiyəyə məhsul ixracı 4 faiz azalaraq 2 mlrd. 38.03 mln dollar olub ki, bu da ümumi idxalda 8,8 faiz pay sahibliyi olması deməkdir. Ötən ilin müvafiq dövründə Türkiyəyə 2 mlrd. 256.04 mln. dollarlıq (13,1% pay sahibliyi) məhsul ixrac olunmuşdu.
Türkiyədən Azərbaycana isə məhsul ixracının həcmi, əksinə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində 35% artaraq 2 mlrd. 166.1 mlrd. dollar təşkil edib.
Bunun nəticəsi olaraq Azərbaycanın Türkiyə ilə 128 mln. dollarlıq mənfi ticarət saldosu yaranmışdır.
Bildirməliyik ki, 2017-ci ilin yanvar-sentyabr aylarında Türkiyə ilə ticarət saldomuz müsbət 654.65 mln. dollarlıq müsbət ticarət saldosu var idi.