Eldar Əzizovun Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezident sərəncam imzalayıb.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
“Eldar Əziz oğlu Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilsin.” – deyə sərəncamda qeyd edilir.
Eləcə də bax: Bu məmurların mülklərinin satılaraq pullarının şəhid ailələrinə verilməsini təklif edilib
Qeyd edək ki, apreldə Hacıbala Abutalibov Baş nazirin müavini təyin olunduqdan sonra bu vəzifəni tərk etmişdi və yerinə hələdə təyinat yox idi. Abutalibov isə bu vəzifəni 2000-ci ildə Rəfael Allahverdiyevdən təfil almışdı.
Əzizov Eldar Əziz oğlu 28 iyun 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
1979-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsində müxtəlif məsul vəzifələrdə çalışmışdır. 1984-cü ildən Bakı şəhəri 26 Bakı Komissarları rayonununn birinci katibi vəzifələrində çalışmışdır. 1989-cu ildən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin katibi vəzifəsinə seçilmişdir.
Eləcə də bax: “İşləyənlər 26 faiz yox, 50 faiz versə, pensiyalar iki dəfə artacaq”
1990-cı ildə Azərbaycan SSR Ali Sovetinə xalq deputatı seçilmişdir. 1991-ci ildən Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin katibi vəzifəsində işləmişdir.
1998-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri, 1999-cu ildən Bakı Şəhər İcra Hakimiyyətində Xarici əlaqələr və investisiya proqramları departamenti sədrinin birinci müavini, 2000-ci ilin mart ayından Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifələrində çalışmışdır. 2000-2003-cü illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, 2003-2011-ci illərdə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı, 2011-2015-ci illərdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. 2015-2018-ci illərdə isə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2018-ci il tarixli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Memarlar İttifaqının fəxri üzvü, “Difai” kitabının və 200-dən artıq məqalənin müəllifidir. Dəfələrlə Bakı Şəhər Deputatlar Sovetinin üzvü seçilmişdir. Ailəlidir, iki övladı var.
YENİLƏNİR…