ABŞ Səudiyyə Ərəbistanının 17 təbəəsinə qarşı jurnalist Camal Xaşkacini ölümü ilə əlaqədar sanksiyalar tətbiq edib.
Banker.az-ın Trend-ə istinadla məlumatına görə, bu barədə sənəd ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.
Sanksiyalar ABŞ-ın insan hüquqlarını pozanlara qarşı tətbiq etdiyi Qlobal Maqnitskiy Aktı adlandırılan proqram çərçivəsində qəbul edilib.
Sanksiyalar həmçinin Səudiyyə Ərbistanının vəliəhdinin sabiq köməkçisi Səud əl-Katani və krallığın Türkiyədəki baş konsulu Məhəmməd əl-Otaybiyə qarşı tətbiq edilib.