9 C
Baku
Thursday, December 12, 2024

Makron Avropanı iri dövlətlərə qarşı müqavimət göstərməyə çağırıb

Avropa böyük dövlətlər tərəfindən gələn təhlükələrə müqavimət göstərmək üçün güclü olmalıdır.

Banker.az “Report”a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bundestaqda çıxışı zamanı deyib.

“Avropa və ona daxil olan Fransa-Almaniya ittifaqı dünyanın xaosa bürünməsinə mane olmağa borcludur…Məhz buna görə Avropa daha güclü və daha müstəqil olmalıdır”, – deyə o bildirib.

Makronun sözlərinə görə, Avropa böyük dövlətlərin əlində oyuncaq olarsa və dünya arenasında ikinci dərəcəli rol oynayarsa, öz rolunu oynaya bilməz”.

Bundan əvvəl Makron Fransanın ABŞ-ın vassalı olmaq istəmədiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər