21 C
Baku
Saturday, May 4, 2024

Kriptovalyutaların plastik kartları buraxılır

ABŞ-da kriptovalyutaların plastik kartları buraxılacaq. Əvvəllər Monaco kimi tanınana indi isə Crypto.com adlanan şirkət kripto kredit və debet kartlarını buraxacağını bildirib.

Banker.az fins.az-a istinadən xəbər verir ki, şirkətin yayadığı bəyanatda qeyd olunur ki, ABŞ-da Visa kartları qəbul olunan istənilən yerdə kriptokartlarla ödənişlər etmək olacaq.

Wallet tətbiqindən istifadə etməklə kriptovalyuta kart sahibləri bir toxunuşla tranzaksiyaları işə sala, hesablarını bloklaya və ya blokdan aça biləcəklər. Kartlara görə, hər hansı ödəniş və ya komissiya haqqları olmayacaq. İlkin olaraq bu kartların 5 kriptovalyuta ilə (Bitcoin,ETH,XRP,Binanace Coin və MCO) ilə işləyəcəyi bildirilir.

Şirkət rəsmilərinin sözlərinə görə, artıq müxtəlif ölkələrdən 100 min şəxs bu kart əldə etmək üçün sifariş verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər