Neftin bir barrelinin qiyməti 35 dollara düşərsə Rusiya iqtisadiyyatı tənəzzülə uğrayar.
Banker.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina deyib. O bildirib ki, risk ssenarisinə görə 2019-cu ildə neftin bir barrelinin qiyməti 35 dollara düşə bilər: “Əgər bu reallaşarsa sanksiyaların da təsiri ilə 2019-cu ildə Rusiya iqtisadiyyatı tənəzzülə uğrayar”.
Gələn il neftin qiymətinin 55 dollar/barrel səviyyəsinə düşməsini ən mümkün ssenari kimi qiymətləndirdiklərini bildirən E.Nabiullina deyib: “Bu vəziyyətdə 2019-cu ildə Rusiyada iqtisadi artım nisbəti 1,1 ilə 1,7 faiz səviyyəsinə geriləyər. Neftin bir barrelinin qiyməti 75 dollar səviyyəsində qalarsa bu, büdcə üçün yaxşı olar, iqtisadi artım isə 1,5 və ya 2 faiz yüksələr”.