Azərbaycanda poçt xidmətlərindən əldə olunan gəlirlər artsa da, poçt şöbələrinin və sektorda çalışanların sayı azalır.
Banker.az xəbər verir ki, 2025-ci ildə ölkədə poçt şöbələrinin sayı 1 335 olub. 2021-ci ildə isə 1 712 poçt şöbəsi fəaliyyət göstərirdi.
Beləliklə, dörd il ərzində poçt şöbələrinin sayı 377 vahid və ya təxminən 22% azalıb.
2025-ci ildə şəhər yerlərində 591, kənd yerlərində isə 744 poçt şöbəsi fəaliyyət göstərib.
Poçt müəssisələrində çalışanların sayı da azalıb. 2021-ci ildə sektorda 6 556 nəfər çalışırdısa, 2025-ci ildə bu göstərici 5 777 nəfərə düşüb. Azalma təxminən 12% təşkil edib.







