24 C
Baku
Monday, April 29, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “Yığım” əmanətləri hansı bankda daha sərfəlidir?

“Yığım” əmanətləri hansı bankda daha sərfəlidir?

0
“Yığım” əmanətləri hansı bankda daha sərfəlidir?
Depozit qutusu

Həm pul yığmaq , həm də əlavə gəlir etmək…

Bu fikir səsləndirilən zaman yəqin ki, hər kəsin ağlına bankların qeyri-kredit məhsullarından olan “yığım” tipli əmanətlər gəlir. Müştərilər tərəfindən çox rəğbətlə qarşılanan bu əmanət məhsulu əmanət müddəti ərzində öncədən müəyyən edilmiş şərtlər çərçivəsində əmanət hesabının artırılmasına və artırılan vəsaitə görə də gəlir qazaılmasına şərait yaradır. Adından da göründüyü kimi, əsas özəlliyi əmanətin artırılmasına icazə verilməsidir. Əsas əmanət növlərindən digəri olan “müddətli” əmanətlərlə fərqi isə gəlirlilik faiz dərəcəsinin nisbətən aşağı olmasıdır. Bunun əsas səbəbi isə əmanət müddəti ərzində faizlərin dəyişməsi riskidir.

Misal üçün, müştəri tərəfindən müddətli əmanət növü üzrə 10% lə əmanət yerləşdirilir. Növbəti aylarda Bank likvidlik və s.risk amillərini nəzərə alaraq əmanətlər üzrə faizləri aşağı sala bilər. Faizlərin aşağı salındığı tarixdən etibarən cəlb edilən bütün müddətli əmanətlər yeni şərtlərlə qəbul ediləcək. Lakin yığım əmanətlərində Bankların belə bir avantajı mövcud olmur. Belə ki, əmanətin artırılması zamanı artırılan məbləğ bankın cari əmanət faizləri ilə deyil, əmanət qəbul olunduğu tarixdə olan müqavilədə göstərilən faizlərlə gəlir hesablanır. Bu risk amilini nəzərə alan Banklar əksər hallarda müddətli və yığım əmanət növləri arasında faiz fərqi tətbiq edirlər. AZN valyutasında olan əmanətlər üzrə bu fərq daha da nəzərə çarpan olur. Banker.az monitorinq qrupu olaraq son dövrlərdə əmanətlər üzrə bazarda canlanmanı müşahidə edirik. Bu səbəbdən bugünkü araşdırma mövzusu olaraq AZN valyutasında olan yığım əmanətlərini təhlil etdik. Təhlil bankların təkliflərini rahat müqayisə edə bilməyiniz üçün ən çox müraciət olunan fiks müddətlər (12 və 24 ay) üzrə aparılıb. Həmçinin əmanətin artırılması ilə bağlı olan bəzi məhdudiyyətlər (müddət və məbləğ) də araşdırılıb. Nəticələrlə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Bank Əmanətin adı Minimal ilkin məbləğ 12 aylıq faizlər 24 aylıq faizlər Artırılma şərtləri
Aylıq Müddətin sonu Aylıq Müddətin sonu
AccessBank Yığım 50 AZN 10% 10% Əmanəti istənilən tarixdə, minimum 5 AZN olmaqla artırmaq olar;
Amrahbank Güvən 50 AZN 12% 12,5% 12,5% 13% Əmanət müddətinin sonuna 6 ay qalanadək minimum 20 AZN olmaqla artırmaq mümkündür.
AtaBank Yığım 300 AZN 8% 9% Hər ay minimum 100 AZN olmaqla əmanəti artırmaq olar. Artırılan məbləğin cəmi ilkin əmanət məbləğinin 3 mislindən artıq ola bilməz;
Bank BTB Proqressiv 100 AZN 10% 11% 11% 12% Müddətin 3/4 hissəsinədək, nağd ödənişlə minimum 10 AZN (Online məhdudiyyət yoxdur).
Bank VTB Universal 100 AZN 9% 8% Əmanəti müddətinin birinci yarısınadək, minimum 50 AZN olmaqla artırmaq mümkündür.
Express Bank Mücrü 50 AZN 8% 8,4% Əmanəti istənilən tarixdə, minimum 10 AZN olmaqla artırmaq olar;
Kapital Bank Kapital 100 AZN 7% 7,5% 8% 8,5% Əmanəti müddətinin birinci yarısınadək, minimum 50 AZN olmaqla artırmaq mümkündür.
Nikoil Bank Sabit 100 AZN 10% 10,5% 11% 11,5% Əmanət məbləğinin artırılması müqavilənin qüvvədə olduğu müddətin ilk yarısı ərzində (maksimum 12 ay) və minimal 50 AZN olmaqla mümkündür.
Unibank Yığım 50 AZN 10% Əmanəti istənilən tarixdə, minimum 10 AZN olmaqla artırmaq olar;
Xalq Bank Sandıqça 100 AZN 4,5% Əmanətin maksimal məbləği (10 000 AZN)  həddində icazə verilir.
Yapıkredi Bank Yığım 1000 AZN 6,5% 6,5% Əmanəti istənilən tarixdə, minimum 5 AZN olmaqla artırmaq olar;