20 C
Baku
Saturday, September 21, 2024

“Tesla” şirkəti Çin bazarında qiymətlərini azaldıb

Dünyanın ən iri elektromobil istehsalçısı olan ABŞ-ın “Tesla” şirkəti” Çində satılan S və X modellərinin müxtəlif seriyalarına qiymətləri aşağı saldıqlarını açıqlayıb.

Banker.az “Report”-a istinadla xəbər verir ki, şirkətin bu barədəki press-relizinə görə, bu gündən etibarən Çin bazarında satılan elektromobillərin qiymətləri 12-26 faiz azaldılır. Məsələn, Model S 75D 887,6 min yuandan 782,9 minədək, Model X P100D isə 24,4 faiz, 1,19 milyon yuanadək ucuzlaşıb.

Bu addımı ekspertlər ABŞ ilə Çin arasındakı ticarət müharibəsi ilə bağlı tətbiq olunan əngəlləyici rüsumları “zərərsizləşdirməy”ə cəhd kimi qəbul edirlər.

Son xəbərlər
Digər xəbərlər