2 C
Baku
Saturday, December 14, 2024

Finlandiyanın ardından Danimarka da Səudiyyə Ərəbistanına silah satışını dayandırdı

Danimarkanın xarici işlər naziri Anders Samuelsen Səudiyyə Ərəbistana silah və hərbi avadanlıq satışının dayandırdığını açıqlayıb. Banker.az bildirir ki, danimarkalı nazir buna əsas olaraq Yəməndə Səudiyyə Ərəbistanın oynadığı rolu və jurnalist Camal Qaşıqçı cinayətini göstərib.

Xatırladaq ki, 2 oktyabrda Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğunda öldürülən Camal Qaşıqçı ölkə siyasətini kəskin tənqid edən jurnalistlərdən biri olub.

Səudiyyə Ərəbistanın Baş Prokurorluğu Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar bir neçə şəxsin edamını tələb edib.

“Səfirliyə daxil olduqdan sonra Camal Qaşıqçıya öldürücü dozada dərman verilib. Boğularaq öldürülən jurnalistin cəsədi parçalara ayrılıb, torbalara doldurulub. Camal Qaşıqçının cəsədi elə bu şəkildə də səfirlikdən çıxarılıb. Artıq bu işdə birbaşa əli olan şəxslərin kimliyi haqda məlumatlıyıq. Hətta Qaşıqçının cəsədini təslim alan, hətta kameraları bağlayan şəxslərin də görüntülərini əldə etmişik” – deyə Səudiyyə Ərəbistanın Baş Prokurorluğundan bildirilib.

Prokurorluqdan şübhəlilərdən 5-inin edamı tələb olunub.

Fransa hökuməti jurnalist Camal Qaşıqçının qətli ilə bağlı Səudiyyə Ərəbistanının 18 vətəndaşına səyahət qadağası tətbiq edib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayır.

Nazirlik davam edən araşdırma müddətində yeni sanksiyaların da tətbiq ediləcəyini istisna etməyib.

Qeyd edək ki, Finlandiya Yəmən müharibəsi ilə bağlı Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinə silah satışını dayandırıb.

Son xəbərlər
Digər xəbərlər