Bizlərdən bir çoxumuz bir, iki, hətta üç kredit kartına sahibdir. Lakin bu plastik kartlar çox saylı müsbət cəhətlərlə yanaşı, bəzi mənfi cəhətlərə də sahibdir. Bu səbəbdən də sizə kredit kartından düzgün istifadə etmək üçün bəzi məsləhətlər təqdim edirik.
№ 1. Ayda iki dəfə hesabı kredit kartı ilə ödəyin.
Bu halda kredit kartında balansı qorumaq və yüksək kredit reytinqini saxlaya biləcəksiniz. Kredit kartı ilə mütəmadi olaraq ödəniş etdikdə balans aşağı olaraq qalır. Bu da kartdan daha çox istifadə faktorunu artırır. Bu da öz növbəsində borcalanın kredit qiymətləndirilməsində açar faktor rolunu oynayır.
№ 2. Kartınızın elektron müdafiəsi barədə məlumat əldə edin
Hər bir kredit kartı onun qanunsuz istifadəsinə qarşı müəyyən təhlükəsizlik qaydalarına sahibdir. Maqnit kodlaşdırma xəttinə sahib kart nisbətən həssasdır və fırıldaqçılar tərəfindən asanlıqla kopyalana bilər. EMV (Europay, MasterCard və VISA) çipinə sahib kartı isə demək olar ki, saxtalaşdırmaq mümkün deyil.
№ 3. Kartın fırıldaqçılar tərəfindən istifadəsinə qarşı nələr edə biləcəyinizi öyrənin.
Kartınızı əldə etdiyiniz bankdan kartın oğurlanması, kopyalanması və itirilməsi hallarında hansı addımı atmalı olduğunuzu öyrənin.
№ 4. Korporativ kartdan düzgün istifadə qaydalarını öyrənin.
Əgər işlədiyiniz şirkət korporativ kartlar təqdim edirsə onun məhdudiyyətləri haqqında öyrənin. Qaydalara görə, bu kartı yalnız bizneslə bağlı xərclər üçün istifadə etmək olar.
№ 5. Cash back-a pul ödəməyin (nağd pulların geri qayıtması)
Pulları itirməyin ən sürətli üsulu hesablanmış faizlər üzrə ödənişi bir aydan digər aya keçirməkdir. Bu səbəbdən də cash back-ı bütünlüklə əldə etmək üçün borcunuzu hər ay ödəyin və növbəti aya saxlamayın.
№ 6. Kredit kartlarından istifadə barədə bir daha düşünün.
Sahib olduğunuz bütün kartlarımı istifadə edirsiniz? Əgər cavabınız xeyirdisə, lazımsız kartlardan azad olun. Ən yaxşısı bir kredit kartına sahib olmaqdır. Bu sizə yüksək kredit reytinqinizi qorumağa kömək edəcək.
№ 7. Öz kredit limitinizi idarə edin.
Kredit kartının emitenti kredit götürən üçün kredit qiymətləndirməsini həyata keçirdir. Kredit qiymətləndirməyə kreditin ilkin məbləğinin qiymətləndirilməsi, kredit limitinin azadılması və yaxud yüksəldilməsi aiddir. Mütəmadi olaraq öz kredit tarixçənizi yoxlayın və təsadüfi səhvləri önə çıxarın.
№ 8. Səlahiyyətli istifadəçiləri əlavə edin.
Öz həyat yoldaşınıza və yaxud övladınıza kredit tarixçəsi açmaqda kömək etmək istəyirsiniz? Onların adlarını öz kredit kartınızdan istifadə edə biləcək səlahiyyətli şəxslərə əlavə edin.