13 C
Baku
Saturday, November 23, 2024

Riyazi modelləşdirmə üzrə mütəxəssis – PASHA Holding 

PASHA Holding Qrup üzrə risklərin idarəedilməsi departamentinə Riyazi modelləşdirmə üzrə mütəxəssis vakansiyasını doldurmaq üçün təcrübəli namizədləri dəvət edir.

İşin təsviri:

• Yüksək keyfiyyətli risk modelinin tətbiqi komponentlərinin / çərçivələrinin layihələndirilməsi və həyata keçirilməsi;
• Mövcud və ya yeni komponentləri / çərçivələri istifadə edərək ərizələrin hazırlanması;
• Yeni və ya mövcud olan modelin keyfiyyətinin yüksəldilməsi üçün aktiv şəkildə araşdırma aparılması;
• Müştəri məmnuniyyətini təmin edilməsi;

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

• Mühəndislik, Riyaziyyat, Fizika, İnformatika və ya Ekonometrika sahəsində bakalavr dərəcəsi;
• Uyğun sahə üzrə minimum 2 illik peşə təcrübəsi;
• Python və / və ya R və / və ya MATLAB-ın yüksək səviyyədə istifadəsi; SQL biliyi üstünlükdür;
• Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərinin həlli üzrə bacarıqlar;
• Akademik tədqiqatlar və karyera dövründə inkişaf etdirilən modelləşdirmə, yüksək rəqəmsal, qabaqcıl məlumatların təhlili və statistik modelləşdirmə bacarıqlarını anlamaq;
• Güclü analitik düşüncə qabiliyyəti;
• Front-end və ya Back-end kodlaşdırma təcrübəsi arzu olunandır;
• Hadoop, Tensorflow, PyTorch, MXNet, Torch təcrübəsi arzu olunandır.

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

• CV [email protected] ünvanına göndərilməlidir;
• Mövzu sətrində “Riyazi modelləşdirmə üzrə mütəxəssis” qeyd olunmalıdır;
• CV-lər 10 yanvar, 2019-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Son xəbərlər
Digər xəbərlər