8 C
Baku
Friday, December 13, 2024

Moody’s ABŞ-ın maliyyə gücünün zəifləməsini proqnozlaşdırıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) maliyyə sabitliyi 2019-cu ildən etibarən tədricən pisləşəcək, federal borc və onun xidmətinin yükü isə tarixən rekord səviyyəyə çatacaq. Nəticədə, bu, gələcəkdə ölkənin suveren kredit reytinqinə təzyiq göstərə bilər.

Banker.az xəbər verir ki, bu barədə reytinq agentliyi olan Moody’s Investors Service xəbərdarlıq edib.

Eyni zamanda, son dövrdə keçirilən seçkilərin nəticəsində, konqres Demokratlar və Respublikaçılar arasında bölüşdürülmüşdür, bu isə qanunverici hakimiyyət nümayəndələrinə bu vəziyyəti az da olsa yaxşılaşdırmağa imkan verməyəcək. Hal-hazırda dövlət strukturlarının diqqəti digər məsələlər üzərində (xarici ticarət, səhiyyə, immiqrasiya)  cəmləşdiyini də vurğulamaq lazımdır.

Prezident Donald Trampın (2017-ci ilin oktyabrından 2018-ci ilin sentyabr ayına qədər) ilk tam maliyyə ilini ABŞ, altı il ərzində ən böyük büdcə kəsiri ilə – $779 milyard və ya ÜDM-in 3,9% -i ilə başa vurub. Büdcə gəlirlərinin 1% -dən az, xərclərin isə  3%-a qədər artımı müşahidə olunur.

“Biz hökumət gəlirlərinin nisbətən zəif artım tendensiyasını, sağlamlıq və sosial rifah proqramlarına (genişmiqyaslı) çəkilən xərclərlə birlikdə borc ödənişlərinin artmasını gözləyirik . Bu tendensiya 2019-2020-ci illərdə qlobal iqtisadi artımın zəif olmasının təsiri nəticəsində daha da güclənəcəkdir”, – hesabatda bildirilib.

ABŞ hökuməti, büdcə siyasətində radikal dəyişikliklər etməsə, 2028-ci ildə cari büdcə kəsiri  ÜDM-un 8% -na çatacaqdır, Moody’s proqnozlaşdırır. Belə bir vəziyyət son dəfə  2008-2009-cu illərdə baş vermiş maliyyə böhranı zamanı olmuşdur (2009-cu ilin nəticələrinə görə büdcə kəsiri ÜDM-un 9,8%-ı təşkil etmişdir).

Son xəbərlər
Digər xəbərlər