10 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə milyarderi 400 gün həbsdə olduğu dövrdə sərvəti $8,3 milyarda qədər artıb

Sahibinin uzun müddət olmamasına baxmayaraq, iş davam edir və biznes inkişaf edir.

Səudiyyə şeyxi və milyarderi olan Məhəmməd Hüseyn Əl-Amudi, təxminən 400 gündür ki Səudiyyə Ərəbistanında həbs olunub. Lakin, bu müddət ərzində onun biznesi inkişaf etməyə davam edir və əl-Amudinin sərvəti təxminən 6% artaraq 8,3 milyard dollara çatıb, Bloomberg yazır.

Əl-Amudi, dünyanın ən zəngin 500 insanı reytinqində 165-ci sıradadır. İlin əvvəlindən bəri Əl-Amudinin mülkiyyəti 501 milyon dollara çatmışdır.

Şeyx 2017-ci ilin əvvəlində Səudiyyə Ərəbistanın korrupsiyaya qarşı mübarizə komitəsinin göstərişi ilə tutulmuş şahzadələr, iş adamları və vəzifəli şəxslərdən biri olub. Bu komitə Səudiyyə Ərəbistanın şahzadəsi olan Məhəmməd ibn Salmanın əmri ilə yaradılmışdı.

Məhbuslar Ər-Riyadda yerləşən beş ulduzlu Ritz-Carlton otelində 99 gün ərzində saxlanılıb və dövlət xəzinəsinə $100 milyarddan çox pul qoymaq barədə razılığa gəldikdən sonra azadlığa buraxılıblar.

Bu hadisədən sonra, Əl-Amudi Səudiyyə Ərəbistanın biznes elitasını tərk edib yoxa çıxdı, hətta onun ölümündən bəhs edən bir sıra şayiələrdə yaranmışdır, lakin dekabrın 13-də məlum oldu ki, o,  hələ də həbsdə olub korrupsiya və rüşvətxorluq ittihamları üzrə məhkəmə prosesini gözləyir.

Əl-Amudi öz biznesini Səudiyyə Ərəbistanında qurmuşdur, lakin hazırda onun əsas aktivləri xaricdə cəmlənib və 7,6 milyard dollar təşkil edir. Onlar sırasına İsveçin ən böyük neft emalı şirkəti olan Preem 5,1 milyard dollar dəyərində qiymətləndirilir, Efiopiyada ən böyük qızıl mədən konqlomeratı olan Midroc Gold, eyni zamanda tikinti sahəsində, qəhvə istehsalı və əkinçilik sahələrində olan şirkətlər də daxildir.

Biznesmen müəssisələrinin idarə olunmasını onların menecmentlərinə həvalə edib. Məsələn, Preem zavodunun başında Morgan Stanley-nin rəhbəri olan Ceyson Milaçço durub. Buna baxmayaraq, Al-Amudinin tutulması biznesin işinə təsir etməyib. Analitiklərin bunu əvvəllər də sahibkarın şirkətin rəhbərliyində o qədərdə iştirak etmədiyi faktı ilə əlaqələndirirlər.

Son xəbərlər
Digər xəbərlər