“İçərişəhər”in işçilərinin sayı artırıldı

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda dəyişiklilər edilib, işçilərinin sayı artırılıb.

Banker.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarlar verib.

“İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılıb. Eyni zamanda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda Ənənəvi İncəsənət Mərkəzi yaradılıb.

Beləliklə, İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu aşağıdakı kimi olub:

– “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).

– “İçərişəhər” Muzey Mərkəzi.

– Mənzil-kommunal və Təmir Xidməti.

– Elmi-istehsalat bərpa emalatxanası.

– Elmi-mədəni Mərkəz.

– Marionet Teatrı.

– Tahir Salahovun ev-muzeyi.

– Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi.

– Ənənəvi İncəsənət Mərkəzi.”.

Yeni qurumların yaradılması ilə əlaqədar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin sayı 415 nəfərdən 430 nəfərə çatıb.

Son xəbərlər
Digər xəbərlər