Üzv ölkələrin BMT büdcəsinə ödədiyi vəsaitin məbləği bir neçə amil və meyar, o cümlədən onların xalis milli gəlirinin qiymətləndirilməsi ilə müəyyən olunur
Çin gələn ildən Yaponiyanı geridə qoyaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) büdcəsinə ən çox maliyyə vəsaiti köçürən ikinci ölkə olacaq.
Banker.az Azərtac-a istinadən xəbər verir ki, BMT Baş Məclisinin müvafiq qətnaməsinə əsasən, növbəti üç il ərzində BMT-nin büdcəsinə Çinin maliyyə töhfəsi hazırki 7,92 faizdən 12,01 faizə qalxacaq. Bundan başqa, Çinin BMT-nin sülhməramlı fəaliyyət büdcəsindəki payı 10,24 faizdən növbəti üç il üçün 15,22 faizə çatacaq.
Üzv ölkələrin BMT büdcəsinə ödədiyi vəsaitin məbləği bir neçə amil və meyar, o cümlədən onların xalis milli gəlirinin qiymətləndirilməsi ilə müəyyən olunur. ABŞ növbəti üç ildə də BMT büdcəsinə ən çox vəsait ödəyən ölkə olaraq qalacaq.






