3 C
Baku
Saturday, December 14, 2024

Brent nefti dünya birjalarında 50 dollara düşdü

Bazarda təklif də artımı və  ABŞ-da “şist bumu” təsirinin nəticəsi olaraq dünya birjalarında Brent markalı neftin 50 dollar/brl psixoloji həddədək ucuzlaşıb. Bu da qlobal birjalarda son 20 ayda ən aşağı səviyyəni nümayiş etdirib. Əmtəələr indeksi son 3 ilin ən aşağı səviyyəsindədir. Azalmalar neft bazarından da yan keçmədiyi artıq hiss olunur.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 10:20 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 3.06$ , yəni, 6.71% azalaraq 42.53$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3.35$, yəni, 6.22% ucuzlaşaraq 50.47$-a təklif olunub.

Qiymətlərin kəskin azalması OPEK-in təcili görüş keçirməyə məcbur edir. Karterl artıq üzvlərinə müraciət etsə də belə bir görüşün yaxın günlərdə reallaşması və bütövlükdə qiymət azalmaların qarşısının alınması real deyil.

Ekspert Vüqar Bayramov bildirir ki, Azərbaycanın gündəlik neft ixracatının 783 min barel olduğunu nəzərə alsaq neftin qiymətinin aşağı düşməsinin ölkəmizə təsirini müəyyənləşdirmək çətin olmaz.

“Neftin bir barelinin qiyməti 86 dollar olan zaman neft ixracatımızın dəyəri 67 milyon 338 min dollar idi. Bu rəqəmə bütün xərclər daxildir və mənfəətin 75 faizi Azərbaycan dövlətinə çatır. Mövcud qiymətlər ilə isə neft ixracatımızın dəyəri 39 milyon 150 min dollardır. Bu o deməkdir ki, bu ilin oktyabr ayı ilə müqayisədə gündəlik neft ixracatımızın dəyəri 28 milyon 188 min dollar azalıb. OPEK-in son toplantısında ölkəmizin gündəlik hasilatın 20 min barel azaldılması ilə bağlı öhdəlik götürdüyünü də nəzərə alsaq o zaman gündəlik neft ixracatımızdan əldə etdiyimiz gəlirin daha çox azaldığının şahidi olarıq.” – deyə V. Bayramov bildirir.

“Planetin ikinci böyük iqtisadiyyatı olan Çində artım tempinin yavaşlamasının da neftin ucuzlaşmasına mühüm təsiri var, çünki bu, o mənaya gəlir ki, neftə tələbat azalacaq. ABŞ-da bu il qeydə alınan yüksək artım templərinə baxmayaraq, gələn il üçün proqnozlar ürəkaçan deyil. FED bu barədə proqnozunu 2,5%-dən 2,3%-ə saldı. Tramp da artımın yavaşlayacağını bildiyi üçün isterik şəkildə günahı FED-in üstünə atmağa və öz seçicilərini aldatmağa çalışır.” – deyə ekspert Şahin Cəfərli yazıb.

Dünya üzrə ən çox neft istehlak edən iki nəhəng ölkədə iqtisadi inkişaf zəifləyirsə, bunun neftin qiymətinə mənfi təsiri qaçılmazdır. Artıq Səudiyyə Ərəbistanı gələn ilin büdcəsində nəzərdə tutduğu bəzi sosial proqramları və güzəştləri açıqlayıb.

Ekspert yəqin edir ki, qiymətin çox da kritik həddə düşməsinə imkan verməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər