6 C
Baku
Saturday, December 14, 2024

Nazirlik açıqladı – 2019-cu ildə hansı günlərdə iş, hansı qeyri-iş günüdür

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 25 dekabr 2018-ci il tarixli 12 nömrəli qərarı ilə 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Bu barədə Banker.az-a nazirlikdən məlumat verilib.

2019-ci ilin iş vaxtı normasında qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin ‘”2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-ci il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə 1, 2 yanvar – Yeni il bayramı, 20 Yanvar – Ümumxalq hüzn günü, 8 Mart – Qadınlar günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 9 May – Faşizm üzərində Qələbə günü, 28 May – Respublika günü, 5,6 iyun – Ramazan bayramı, 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 12,13 avqust – Qurban bayramı, 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü iş günləri hesab edilmir.

Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin “2019-cu ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2018-cı il 19 dekabr tarixli 856s nömrəli sərəncamına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 25, 26 mart, 17 iyun, 11 noyabr tarixləri, altıgünlük iş həftəsində 25 mart tarixi istirahət günləridir.

Oxşar yazı
İşçilərə görə ödənilən yemək xərcləri ilə bağlı ciddi dəyişiklik

2019-cu ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasında bələdiyyə üzvlərinin seçkiləri, həmçinin referendum zamanı səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab edilmir. Səsvermə günü qanunvericiliyə uyğun olaraq müəyyən edilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 211.1-ci və 213-cü maddələrinə əsasən bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

Oxşar yazı
Bir işçiyə düşən aylıq saat. Maliyyə sektorunda neçə saat çalışırlar?

2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır.

2019-cu il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1926 saat təşkil edir.48894101 2066577350067956 4498460321043709952 n

Son xəbərlər
Digər xəbərlər