Hesablama Palatası rəqəmsal qiymətləndirmələr nəticəsində 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalarla bağlı arayış təqdim edib.
Bunu Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Onun sözlərinə görə, bu il ilk dəfə olaraq qanunvericiliklə müəyyən edilmiş hesabatların təqdim olunması 100-dən çox indikator üzrə rəqəmsal həllər vasitəsilə qiymətləndirilib.
“Qiymətləndirmələr əsasında 70-ə yaxın quruma uyğunsuzluqlar və kənarlaşmalar barədə arayış təqdim etmişik”, – deyə o bildirib.
V.Gülməmmədov qeyd edib ki, 2025-ci ilin dövlət büdcəsinin icrasına dair rəy hazırlanarkən 200-dən çox təşkilatdan 2 mindən artıq hesabat daxil olub. Bununla yanaşı, hesabatların yalnız 40 faizi vaxtında təqdim edilib, sənədlərdə natamamlıqlar və xətalar aşkar edilib ki, bu da onların analitik dəyərini azaldır.







