Amerika Birləşmiş Ştatları (ABŞ) hökümətinin nümayəndə heyəti yanvar ayının ilk yarısında Pekinə səfər edəcək.
Banker.az “Bloomberg”-ə istinadla bildirir ki, səfərin məqsədi Çin tərəfi ilə ticarət danışıqları aparmaqdır. ABŞ nümayəndə heyətinin səfəri yanvar ayının 7-si başlayan həftədə baş tutacaq.
ABŞ nümayəndə heyətinə ticarət danışıqlarında ABŞ nümayəndəsinin müavini Ceffri Gerriş başçılıq edəcək.