6 C
Baku
Sunday, December 15, 2024

WhatsApp və iMessage-ın hack edilməsi haqqında məlumat üçün 1 milyon dollar mükafat elan edilib

Zerodium şirkəti, WhatsApp və iMessage-də “hack” alətləri üçün 1 milyon dollar mükafat elan edib. Eyni məbləğ SMS / MMS mobil əməliyyat sistemlərinə girişi təmin edən proqramları təqdim edənlərə veriləcək. Bütün bunlar qanuni əsasda həyata keçiriləcəkdir.

Qeyd edək ki, təşkilat müxtəlif ölkələrin hökumət orqanlarının maraqları çərçivəsində fəaliyyət göstərir. Zerodium şirkətinin təsisçisi olan Çauki Bekrar hesab edir ki, bu tip kommunikasiya proqramlarının nəzarət altında saxlanılması, təhlükəsizliyin təmin olunmasına kömək edəcəkdir.

Xatırladaq ki, iPhone cihazlarının “hack” edilməsi cəhdləri, dövlətə 2 milyon dollardan baha başa gələ bilər. Bu onu göstərir ki, artıq istifadə etdiyimiz elektron cihazların təhlükəsizliyi daha yaxşı təmin olunub.

1 milyon dollar son qiymət deyil, hökumət daha böyük məbləği ödəməyə hazır olduğunu vurğulamışdı. Məbləğ mövcud problemin həll olunma müddətindən asılı olaraq dəyişə bilər.

Son xəbərlər
Digər xəbərlər