“Fitch” reytinq agentliyi ABŞ-a suveren kredit reytinqinin mümkün azaldılması ilə bağlı xəbərdarlıq edib.
Banker.az “Report”-a istinadən xəbər verir ki, bu, hökumətin fəaliyyətinin dayandırılması səbəbindən ölkənin borcunun maksimum dəyərə çatacağı halda baş verəcək.
“Şatdaun”un martın 1-dək davam edəcəyi və borc həcminin bir neçə ay sonra problem yaradacağı halda, ola bilsin, siyasətimizi yenidən nəzərdən keçirmək barədə düşünmək məcburiyyətində qalaq”, – “Fitch”dən qeyd ediblər.
Qeyd olunur ki, belə vəziyyətdə agentlik ABŞ-ın kredit reytinqini yenidən nəzərdən keçirə bilər.