7 C
Baku
Sunday, December 15, 2024

İtaliyada Carige bankını xilas etmək məqsədi ilə 1,3 milyard avroluq bir fond yaradılıb

İtaliyada Carige problemli bankına dəstək vermək məqsədi ilə 1,3 milyard avroluq bir fond yaradılıb, bu haqda Reuters xəbər verir.

Çərşənbə axşamı günü qüvvəyə minmiş qətnamə, xəzinədarlığa 3 milyard avroya qədər yeni istiqrazlar üçün zəmanətin verməsinə imkan vermişdir. Zəmanətin ümumi məbləği 300 milyon avroya qədər ola bilər.

Carige bildirmişdir ki, dövlətə kapital üçün müraciət etmək fikrində deyil.

İtaliya hökuməti, Carige bankının dəstəklənməsinə yönəldilmiş tədbirləri müsbət qarşılayıb. Bu, ötən həftə Avropa mərkəzi bankının yeni administrasiyanı təyin etməsindən sonra baş vermişdir.

“Vesti.Ekonomika” qəzetinin məlumatına görə, Banca Carige, ölkənin son problemli bankıdır. Bu bankın zəifləməsinin əsas səbəbi, uzun müddətli pis idarəetmə və səhmdarlar arasında qarşıdurma olmuşdur

Noyabr ayında borc bazarında vəsait toplamaq məqsədini daşıyan uğursuz cəhdlərdən sonra, Carige,İtaliya Banklararası Fondundan 320 milyon avro aldı.

İtaliya Baş naziri Giuseppe Conte bildirmişdir ki, bu yardım, planlanmış kapital artımına daha tez nail olmaq üçün və optimal inkişaf strategiyasınıhazırlamaq üçün yeni imkanlar yaradacaq.

Son xəbərlər
Digər xəbərlər