10 C
Baku
Thursday, December 12, 2024

Qətər İraqa ölkənin bərpası üçün 1 milyard dollar verəcək

Qətər Əmiri Tamim bin Həməd Əl Tani İraq Prezidenti Bərham Saleh ilə danışıqlar zamanı əmirliyin İraqın infrastrukturunun bərpasına 1 milyard dollar sərmayə ayırmağa hazır olduğunu təsdiqləyib.

Banker.az “Report” İ.A-ya istinadən xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin informasiya ofisindən bildirilib.

Qeyd edək ki, İraq Prezidenti yanvarın 9-dan etibarən Qətərdə rəsmi səfərdədir, o, bu gün Qətərin hökumət üzvlərinin iştirakı ilə Əmir Sarayında təntənəli naharda iştirak edəcək.

Bundan əlavə, iki ölkənin liderləri iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün Qətərin Həməd limanı ilə İraqın Umm Qəsr limanı arasında birbaşa gəmi marşrutununun işə salınmasına dair razılaşma əldə ediblər.

Son xəbərlər
Digər xəbərlər