Almaniyanın Deutsche Lufthansa AG şirkəti, 2018-ci ildə sərnişin dövriyyəsi sahəsində bütün Avropa daşıyıcıları arasında ilk sırada yer alıb.
“142 milyon sərnişin (2018-ci ilə görə) ilə, Lufthansa Group Avropada bir nömrə oldu”, – deyə şirkət bildirmişdir. Bu artım Sürix, Münhen və Vyana aviahabları sayəsində olmuşdur.
Banker.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bazar lideri 2004-cü ildən etibarən ilk dəfə olaraq dəyişib. Əvvəllər ilk sıranı həmişə fransız-holland Air France-KLM aviaholdinqi tuturdu.
Eyni zamanda, agentliyin rəhbərliyi dəqiqləşdirir ki, liderlik yalnız sərnişin dövriyyəsi çərçivəsində dəyişmişdir (revenue passenger kilometers, RPK).

Lufthansa Qroup – Avropanın ən böyük hava daşıyıcılarından biridir. Şirkətin baş qərargah Kölndə yerləşir, işçi heyətini isə 135.033 min insan təşkil edir.








