10 C
Baku
Thursday, December 12, 2024

45 milyard dollarlıq sərmaye yatırımı – Qətərdən ABŞ-a

Qətər İnvestisiya Fondu (Qatar Investment Authority, QIA) Avropa aktiv portfelini yenidən balanslaşdırdıqdan sonra yaxın iki ildə ABŞ-a sərmayə yatırımını 45 milyard dollara qədər artırmaq niyyətindədir.

Bunu bazar günü Fondun icraçı direktoru Mənsur İbrahim əl-Mahmud deyib.

Onun sözlərinə görə, QIA hazırda ABŞ-a təqribən 30 mlrd. dollar investisiya yatırıb:

“İndi söhbət ABŞ bazarı üçün 45 milyard dollardan gedir, biz bunu növbəti iki ildə reallaşdırmaq istiqamətindəyik”.

Banker.az Report.az-a istinadla xatırladır ki, Əl-Mahmuda qədər Fondun rəhbəri vəzifəsini tutan Abdulla bin Məhəmməd bin Səud əl-Tani 2015-ci ildə 5 il ərzində ABŞ-a 45 mlrd. dollar sərmayə yatırmaq niyyətində olduqlarını bildirmişdi.

Son xəbərlər
Digər xəbərlər