“Bazarstore”a basqın olub.
Banker.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən “Bazarstore” mağazasına daxil olan əli silahlı, maskalı şəxs kassiri ölümlə hədələyərək ondan pul tələb edib. Bu zaman mağazanın müdir müavini Famil Babayev və mühafizəçilər maskalı şəxsə yaxınlaşaraq onu zərərsizləşdirmək istəyiblər. Maskalı şəxs F. Babayevin başına tapançanın arxası ilə vuraraq xəsarət yetirib və hadisə yerindən qaçıb.
Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (silahlı quldurluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.