Xəzər Boru Kəməri Konsorsiumu neft nəqlini müvəqqəti dayandırıb

Xəzər Boru Kəməri Konsorsiumunun neft kəməri neft nəqlini müvəqqəti dayandırıb.

Bu barədə Qazaxıstan mediası konsorsiumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bununla yanaşı, qeyd edilib ki, Xəzər Boru Kəməri Konsorsiumunun obyektləri normal hazırlıq rejimindədir.

Xəzər Boru Kəməri Konsorsiumu terminalından neftin aşırılması ötən həftənin sonunda, tankerlər PUA hücumuna məruz qaldığı vaxt dayandırılmışdı.

Qazaxıstanın ixrac etdiyi neftin 80 %-i Xəzər Boru Kəməri Konsorsiumu boru kəməri vasitəsilə nəql olunur.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər