10 C
Baku
Thursday, December 12, 2024

10 milyard dollar dəyərində neft emalı zavodu – Çin-Pakistan İqtisadi Dəhlizi genişlənir

Səudiyyə Ərəbistanının neft və energetika naziri Xalid Əbdüləziz Al Falih deyib ki, onun ölkəsi Pakistanın strateji cənub-qərb liman şəhəri olan Qvadarda 10 milyard dollar dəyərində neft emalı zavodu tikəcək.

Banker.az AZƏRTAC-a istinadən bildirir ki, neft emalı zavodunun tikilməsi ilə bağlı saziş Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salmanın fevral ayında İslamabada səfəri zamanı imzalanacaq. Bundan əvvəl isə Xalid Əbdüləziz Al Falih bölgəyə gələrək zavodun tikiləcəyi yerlə əlaqədar araşdırmalar aparıb. Pakistanın neft naziri Qulam Sərvər Xan və dənizçilik naziri Əli Zəidi onu müşayiət ediblər.

Pakistanın neft naziri bildirib ki, Səudiyyə Ərəbistanın yeni layihəsi onun Çin-Pakistan İqtisadi Dəhlizinə qoşulmasına kömək edəcək. İslamabad ötən ilin sentyabrında müvafiq təkliflə Ər-Riyada müraciət etmişdi.

Son xəbərlər
Digər xəbərlər