11 C
Baku
Tuesday, November 26, 2024

Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi – Bank BTB

Bank “BTB” ASC Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi vəzifəsinə işə qəbul elan edir.

2010-cu ildə təsis edilmiş  Bank “BTB” ASC  hüquqi və fiziki şəxslərə geniş çeşiddə universal bank məhsul və xidmətlərini təklif edir.
Bank “BTB” ASC  öz karyerasını Bankda qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi

İş barədə məlumat:

 Azərikarddan gələn kartların və ŞEN-zərflərin MXD və filiallara təhvil verilməsi;
 İtirilmiş və müddəti bitmiş kartların sistemdə bağlanması;
 ŞEN-kodu bloka düşmüş kartların aktivləşdirilməsi;
 SMS-məlumatlandırma xidmətinin aktiv və ya deaktiv edilməsi;
 Bankomatların sistemdə qeydiyyatını aparır, ortaya çıxan problemlərin həlli üçün şöbə rəhbərinə müraciət edir;
 POS-terminalların proqram təminatı ilə yüklənərək həmin ticarət müəssisələrində quraşdırılmasını, mütəmadi olaraq monitorinqini həyata keçirir;
 Bankdaxili qaydalara əsasən hesabatları hazırlayır;
 Rəhbərliyin bu şöbəyə həvalə etdiyi digər vəzifələri   həyata keçirir.

Namizədə tələblər:

 Ali təhsil;
 Ən azı 1 il bank təcrübəsi;
 Rus və azərbaycan dillərini bilmək.

Göstərilən tələblərə cavab verən namizədlər azərbaycan dilində öz CV-lərini 14 Fevral  2019-cu il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Əməliyyat departamenti, Bank kartları şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər