Daha bir şirkət elektromobil istehsalına investisiya ayırdı – 800 milyon dollarlıq zavod tikiləcək

“Volkswagen” ABŞ-ın Chattanooga şəhərində yerləşən zavodunda yeni elektromobillərin istehsalı üçün 800 milyon dollar investisiya ayırıb.

Banker.az “Finans.az”-a istinadən məlumat verir ki,  bu barədə Alman avtomobil istehsalçısı “Detroit Avto Şou”da verdiyi açıqlamada deyib.

Leaf e+ elektromobil modeli qayıtdı – şarj sistemi gücləndirilib

Həmçinin şirkət açıqlamasında, sözügedən zavodda 1000 iş yerinin açıldığını və 2022-ci ildən etibarən elektrikli avtomobillərin istehsalına başlayacaqlarını söyləyib.

Qeyd edək ki, “Volkswagen” və “Ford Motor” qlobal alyansın yaradılması planları ilə bağlı bu gün brifinq keçirəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər