10 C
Baku
Thursday, December 12, 2024

Nazirliyin təsis etdiyi təşkilat 140 min manata son model “Land Cruiser” aldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC 1 ədəd “Toyota Land Cruiser 200” Premium sinifinə aid edilən avtomobilin alınmasına dair “Toyota-Bakı Mərkəzi” ilə tender müqaviləsi imzalayıb.

Banker.az xəbər verir ki, bu satınalma müqabilində “Toyota-Bakı Mərkəzi”nə 139 750 manat ödəniləcək.

Xatırladaq ki, ötən ilin noyabr ayında Sumqayıt Dövlət Universiteti büdcə vəsaitləri hesabına “Toyota Abşeron Mərkəzi”ndən dəyəri 116 000 manat olan “Land Cruiser” avtomobili alıb.

Son xəbərlər
Digər xəbərlər