-3 C
Baku
Sunday, December 15, 2024

“Intel” şirkəti yeni icraçı direktor vəzifəsinə namizəd axtarır

Şirkətə biznesin artım nöqtələrini aşkar edən və digər problemləri həll edən bir insan lazımdır.

Altı aydan çoxdur ki mikroprosessor istehsalçısı olan Intel,  2018-ci ilin iyun ayında istefa verən Brian Krzhanich-in yerinə yeni bir CEO (baş direktor) tapa bilmir.

Banker.az  xəbər verir ki, bu barədə Bloomberg seçki prosesi ilə tanış olan qaynaqlara istinadən yazır. İdarə heyəti yanvarın 24-də açıqlanacaq qarşıdakı üç aylıq hesabatından əvvəl bu namizədin adını açıqlaya bilər.

Intel-in idarə heyətinin sədri olan Andy Bryant, namizədin xaricdən dəvət oluna biləcəyini söyləyib.

Qeyd edək ki, bu vəzifəyə namizədlərdən biri şirkətin maliyyə direktoru olan Bob Swan olmuşdur. Lakin, o, daimi olaraq bu mövqedə çalışmaq istəmədiyini dəfələrlə bəyan edib.

İntel-in baş direktorun qarşısında bir sıra vəzifələr duracaq:

  1. Şirkət sərmayəçiləri inandırmalıdır ki, mikroçiplərin istehsalında liderliyi əldən verməsinə baxmayaraq, yarımkeçiricilər bazarında şirkətin payı azalmayacaq.  
  2. Yeni istehsal texnologiyalarının yeridilməsində olan gecikmələri aradan qaldırmaq, əks təqdirdə Intel öz  müştərilərini itirə bilər.
  3. Yalnız kompüter və servislər vasitəsi ilə deyil, yeni uzunmüddətli strategiya vasitəsi ilə artımı saxlamaq.

Eyni zamanda, Boyden şirkətinin idarəçisi olan Neil Sims, baş direktorun axtarışı ortalama dörd-səkkiz ay çəkə biləcəyini qeyd edib. Onun fikrincə, Intel ilə bağlı vəziyyətdə, əsas çətinlik şirkətin qadınları rəhbərlik vəzifələrinə təyin etməsi adətindən ibarətdir.

İntel işçi heyətində qadın işçilərin nisbəti 28.8% -ə qədər yüksəlmişdir. Lakin, aparıcı mövqeyi hələ də kişilər tutur – 80,6%.

Son xəbərlər
Digər xəbərlər