Britaniya parlamentariləri Brüssel ilə ölkənin Avropa İttifaqından çıxması haqqında sövdələşməni razılaşdırmağa qarşı səs verib.
Banker.az bildirir ki, İcmalar Palatasının 202 üzvü sənədin lehinə, 432-si isə əleyhinə səs verib.
Bundan əlavə, parlamentarilər 600 səs əleyhinə, 24-ü isə lehinə olmaqla, “Brexit” müqaviləsinə ölkənin Avropa İttifaqı ilə razılaşdırılmış İrlandiya sərhədləri üzrə plandan birtərəfli imtina etmək (geri qaytarmaq) hüququ verən düzəlişləri təsdiq etməyiblər.
Qeyd edək ki, Britaniya Parlamentinin Lordlar palatası ölkənin Aİ-dən saziş imzalamadan çıxmasını, yəni “Sərt Brexit” variantını dəstəkləməyib. Bu barədə palatanın “Twitter” səhifəsində məlumat verilib.
“Lordlar palatası Aİ üzvlüyündən sazişsiz çıxmaq ssenarisini rədd etməyi, İttifaqla gələcək əlaqələrə dair sazişin şərtlərindən təəssüf ifadə etməyi 152 əleyhinə səsə qarşı 321 səslə dəstəkləyib”, – Lordlar palatasının “Twitter” səhifəsində qeyd olunub.