Dünya bazarlarında neftin qiyməti bir qədər artıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:37 radələrində, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 0.03$ , yəni, 0.06% artaraq 52.14 $-da qərarlaşıb.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.06$, yəni, 0.10% bahalaşaraq 60.70$-a təklif olunub.