Vəzifənin adı: Satınalmalar şöbəsi, Böyük mütəxəssis
Vəzifə öhdəlikləri:
• Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlanmasında və həyata keçirilməsində Satınalmalar şöbəsinin müdirinə kömək edir;
• Proqnozlaşdırılan daxili və xarici satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır və Satınalmalar şöbəsinin müdirinə təqdim edir;
• Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf edilməsində Satınalmalar şöbəsinin müdirinə köməklik edir;
• Potensial təchizatçıların siyahısının hazırlanmasında tövsiyyələrini verir;
• Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparır;
• Təchizatçılar və xidmət təminatçılarının işini, performansını daima izləyərək aşağı səviyyəli xidmət göstərən təchizatçılarla bağlı tövsiyyələr verir;
• Müəssisə tenderlər üçün hazırlaşan zaman təchizat məsələlərində əlaqədar komandalara kömək edir;
• Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir;
Təhsil/Təcrübə:
• Ali təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst istifadəçi səviyyəsində bilməli;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Əlavə məlumatlar:
• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə böyük mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.