“Regional” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC-nin imülkiyyətçi paylarında mühüm dəyişiklik baş verib.
Banker.az bunu əldə etdiyi məlumata isgtinadən xəbər verir.
BOKT-nin əvvəllər təsisçilər arasında bərabər — hərəyə 33,3% olmaqla bölününən pay inzibatçılığı yenidən formalaşdırılıb. Yeni bölgüyə əsasən, Tağıyeva Nigar Sabir qızı öz payını 54,2%-ə (8 667 pay) çatdıraraq BOKT-da nəzarət zərfinin sahibi olub. O ilin əvvəlində buraxılan 500 min manatlıq səhmləri alan yeganə şəxs olub.
Digər iki payçı — Bəhrəmov Nahid Oktay oğlu və Əliyev Əli Hüseyn oğlunun payları isə müvafiq olaraq 22,9%-ə (hər biri 3 667 pay) enib.
Qeyd edək ki, cari ilin ilk rübündə “Regional” BOKT MMC-nin nizamnamə kapitalı 500 min manat və ya 45,5 faiz artırılaraq 1 milyon 100,1 min manatdan 1 milyon 600,1 min manata qaldırılıb.







