16 yanvar 2019-cu il tarixində “Azərbaycan Beynəlxalq Bankı”nda Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.
İclasın gündəliyində duran əsas məsələlər ABA-nın 2019-ci il üzrə iş planına baxılması, ABA-nın növbəti Ümumi Yığıncağının keçirilmə vaxtının müəyyən edilməsi, ABA-nın maliyyə təsərrüfat fəaliyyətinə dair məsələlərə baxılması, “Daxili audit üzrə Ekspert Qrupunun”nun yaradılması və cari məsələlər olub.
İclas zamanı ABA-nın 2019-cu il üzrə iş planı müzakirə olunub və təsdiq edilib. Həmçinin ABA-nın 2019-cu il üzrə büdcə və ştat cədvəli təsdiq edilib. Gündəlikdə duran digər məsələ- Daxili audit üzrə Ekspert Qrupunun”nun yaradılması da iclasda təsdiq edilib.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.