“Mən əminəm ki, belə bir addımın mənfi nəticələri olacaq. Biz Ottavanı bu məsələ ilə bağlı müdrik qərar qəbul etməyə çağırırıq” – səfir vurğulayıb.
Qeyd edək ki, Kanada Çinin dünyaca məşhur “Huawei” telekommunikasiya şirkətinin Çin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etməsindən şübhələnir. Lakin Kanada baş naziri Castin Trüdo bəyan edib ki, “5G” sisteminin tətbiqi halında “Huawei” avadanlıqlarının istifadəsinə dair qərarı siyasətçilər yox, Kanadanın və onun “Five Eyes” alyansı (ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada və Yeni Zelandiyanın kəşfiyyat orqanlarının alyansı) üzrə müttəfiqlərinin xüsusi xidmət orqanlarının məlumatları əsasında ekspertlər qəbul edəcəklər.
Onu da bildirək ki, eyni səbəblə əlaqədar ötən ilin yayında ABŞ Çinin “ZTE” və “Huawei” şirkətlərinə məxsus kommunikasiya avadanlıqlarının Amerika dövlət qurumları tərəfindən alınması və istifadəsini qadağan edib.