11 C
Baku
Tuesday, November 26, 2024

Partnyorlar şəbəkəsinin inkişafı şöbəsinin Kiçik//Aparıcı/Baş mütəxəssisi – Nikoil Bank

Partnyorlar şəbəkəsinin inkişafı şöbəsinin Kiçik/Mütəxəssis/Aparıcı/Baş mütəxəssisi

Öhdəliklər :

• Pərakəndə bank məhsullarının satışını həyata keçirmək üçün yeni partnyorların cəlb olunması;
• Partnyorlar ilə danışıqlar aparmaq, onları əməkdaşlıq etməyə dəvət etmək və müştəri bazasını artırmaqdır
• Potensial partnyor müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüş, təqdimatlar keçirmək
• Partnyorların istəyinə əsasən təkliflər hazırlamaq;
• Yeni cəlb olunmuş partnyorlara terminalların yerləşdirilməsi üzrə təklif vermək;
• Pos ekvayrinq xidmətinin təşkilini həyata keçirmək üçün Partnyor müəssisə və sahibkarların cəlb olunması
• Məhsulu partnyorların satış nöqtəllərində tanıtmaq, təlabat yaratmaq və satışını təşkil etmək;
• Məhsul üzrə prezentasiyaların hazırlanmaq və keçirtmək
• Cəlb etdiyi partnyorlar ilə sıx və yüksək səviyyəli münasibətlər qurmaq və partnyorun məmnuniyyətini təmin etmək;
• Cəlb etdiyi partnyorların uçotunu aparmaq.
• Mövcud partnyorlar ilə əlaqələrin genişləndirilməsi
• Məhsullarının təyinatını və xüsusiyyətlərini potensial partnyorlara çatdırmaq.
• Partnyor şəbəkəsində yaranan problemlərin aradan qaldırılmaq;
• Rəhbərliyin təyin etdiyi satış hədəflərini yerinə yetirmək

Tələblər:

• Ali Təhsil bakalavr və ya magistr dərəcəsi;
• Azərbaycan dili və Rus dili əla , İngilis dilinin yaxşı səviyyədə olması arzuolunandır;
• MS Office məhsulları üzrə bilik;
• Satış taktikalarına bələd olmaq,yaradıcı və operativlilik;
• Təzyiqə davamlı;
• Yüksək etibarlı,təmkinli,etik
• 20-32 yaş arası
• Bu sahə üzrə minimum 1 il iş təcrübəsi (aparıcı/baş mütəxəssis olduğu halda)

İş şərtləri və mükafatlandırma;

• Aylıq əmək haqqı: Ə/H+aylıq bonus
• İş saatı: Bazar Ertəsi-Cümə(8 saatlıq iş qrafiki)
• Əmək haqqının təyin edilməsi müsahibə zamanı fərdi qaydada aparılır

Məşğulluq Dərəcəsi

Tam məşğul,Tam Gün

CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Partnyorlar şəbəkəsinin inkişafı şöbəsinin Kiçik/Mütəxəssis/Aparıcı/Baş mütəxəssisi) qeyd edərək, [email protected]  elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
Digər xəbərlər